“Ali təhsil müəssisələrində yeni ixtisaslar olmalıdır. Bakalavr pilləsində ixtisasları darlaşdırmamalıyıq, bura bacarıq sahələri gətirilməlidir”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasının 30-cu ildönümünə həsr olunan “UNEC İqtisadi Forumu”nda çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bundan sonra artıq ixtisasları daraltmaq olar:
“Hər il peşə sahəsi üzrə yeni ixtisasın olmasını doğru hesab etmirəm. Öyrənmədə zəruri şərt keyfiyyətin qiymətləndirilməsi mexanizmlərinin olmasıdır”.
“Ən önəmli məsələ odur ki, pandemiya dövründə qapalı və ev şəraitində qalmaq təhsilalanların öyrənmə bacarığına mənfi təsir edə bilər. Ona görə də şagirdlərin canlı ünsiyyətə sövq edilməsi labüddür”, - deyə nazir qeyd edib.
İlhamə Əbülfət