Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykla görüşüb.
Bu barədə E.Əmrullayev özünün “Twitter” səhifəsində bildirib.
Görüşdə Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq diqqət mərkəzində olub.
“Bu gün biz Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Sara Maykl ilə görüş keçirdik. Görüş zamanı Təhsil Nazirliyi ilə Dünya Bankı arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”, - deyə nazir bildirib.
Today we held the meeting with Ms. Sarah Michael, the World Bank Country Manager for Azerbaijan. The current state and future prospects of cooperation in the field of education between the Ministry of Education and the World Bank were discussed during the meeting. pic.twitter.com/2N7zUd2Njm
— Emin Amrullayev (@EminAmrullayev) November 29, 2021
Rəylər