Təhsil Nazirliyindən “Son zəng” tədbirləri ilə bağlı açıqlama veriblər.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilənə görə, bu il məktəblərdə “Son zəng” tədbirləri keçiriləcək:
“Hər il olduğu kimi, bu il də məktəblərdə “Son zəng” tədbiri keçiriləcək”, - deyə nazirlikdən sorğumuza cavab veriblər.
Nazirlikdən həmçinin “Son zəng” tədbirləri ilə əlaqədar olaraq məktəblərdə əlavə pulların yığılması məsələsinə də aydınlıq gətiriblər:
“Həmin tədbir üçün pul yığılmasına gəlincə isə, məktəblərdə hər hansı bir məqsədlə pul yığılması qadağan olunub”.