Ukraynada yaşayan azərbaycanlı gənclər bu ölkəyə dəstək çıxdılar.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ali təhsil almaq üçün Ukraynanın bir neçə böyük şəhərlərinə üz tutan gənc tələbələr az deyil.
Elə orada doğulan, amma azərbaycanlı olanlar da yetərincədir.
Belə ki, təhsil alan və Dnepropetrovskidə yerləşən azərbaycanlıların diasporasının nümayəndələri “Mı s toboy Ukrayna” (Biz səninləyik, Ukrayna) adlı videoçarx hazırlayıblar.
Bu barədə ANS PRESS-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova məlumat verib.
Görüntüdə onlar: “Biz azərbaycanlı gənclər olaraq Ukraynanın ərazi bütövlüyünü və sabitliyini, gələcəyinin parlaq olmasını istəyirik”.
Çarxın sonunda gənclər bir araya toplaşaraq “Vahid Ukrayna” şüarını səsləndiriblər.