Yeni tədris ilinin hansı formada təşkil olunması ilə bağlı təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçirilib.
Konfransda təhsil naziri ilə yanaşı, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və təhsil nazirinin müşaviri Rüstəm Ağayev iştirak edib.
Oxu.Az-ın məlumatına görə, brifinqdə yeni tədris iliylə bağlı qərarlar açıqlanıb.