Dilşad Əliyarlının ailəsində ağır itki baş verib.
Oxu.Az simsar.az-a istinadən xəbər verir ki, uzun illərdir ABŞ-da fəaliyyət göstərən “Amerikanın Səsi” telekanalında aparıcılıq edən Dilşad Əliyarlının ailəsində ağır itki baş verib. Onun anası Mira Əliyarova 4 gün bundan əvvəl 74 yaşında dünyasını dəyişib.
Amerikadan Bakıya gələn Dilşad xanım anasının dəfn mərasimində iştirak edə bilməyib.
Qeyd edək ki, dünən üç mərasimi keçirilmiş Mira Əliyarova 10 il öncəyə qədər AMEA Milli Azərbaycan Tarixi Muzeyində şöbə müdiri vəzifəsində çalışıb.
Allah Rəhmət Eləsin!