Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tələbələrdən "AGA Group"la bağlı ŞİKAYƏT: "Aylardır, təqaüdlər verilmir"
"AGA Group" şirkəti ilə bağlı tələbələrdə narazılıq formalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Tələbələrin sözlərinə görə, ötən il haqqında danışılan şirkət "Dəmir Ay" adlı təqaüd proqramı çərçivəsində tələbələr arasında müsabiqə elan edib. Müsabiqənin şərtlərinə əsasən, qalib gələn tələbələrə bir il ərzində hər ay 250 manat təqaüd ödənəcəyi vəd olunub.
Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, tələbələrin əksəriyyəti yalnız biraylıq ödəniş aldığını qeyd edib. Şirkət isə vədlərinə əməl etmir və təqaüdlərin davamı ilə bağlı konkret fikir səsləndirmir.
Narazı tələbələr dəfələrlə "AGA Group"la əlaqə saxlayaraq məsələni gündəmə gətirsələr də, rəsmi cavab ala bilməyiblər.
Qeyd edək ki, məsələ ilə bağlı sözügedən şirkətə sorğu ünvanlasaq da, suallarımız cavabsız qalıb.
Məhərrəm Əliyev
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıdakı sıxlığın qarşısı necə alınmalıdır?
- Neftçala sakini: "Belə getsə, insan qalmayacaq"
- Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda
- Ekoloji fəlakətin kandarından keçmək: Ağdaşın hər küçəsində təhlükəli vəziyyət yaranıb