ADA Universiteti və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirilən “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XVII Azərbaycan Birinciliyi) keçirilib.
Müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən 87 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib.
Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni “C”, “C++”, “Java” və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.
Müsabiqədə ADA Universitetindən qatılan İbrahim Tağızadə, Ülvi Aslanlı və Ayxan Ağazadə xüsusi fərqləniblər.
Müsabiqənin nəticələrinə görə:
- ADA U: 2, ADA U: 3, Azerbaijani-French U - UFAZ: 2 komandaları - I dərəcəli,
- ADA U: 1, Baku Higher Oil School: 4, Baku Higher Oil School: 2, Azerbaijani-French U - UFAZ: 3 - II dərəcəli,
- Baku Eng U: 6, Baku Eng U: 3, ADA U: 6, Azerbaijan S Oil&Industry U: 7, Baku Eng U: 1, Baku Higher Oil School: 5, Azerbaijani-French U - UFAZ: 1 komandaları - III dərəcəli diploma layiq görülüb.
Bundan başqa 45 komanda fərglənmə sertifikatına layiq görülülüb.
2022-ci ildə keçiriləcək “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcək komandaların adları yanvar ayında bildiriləcək.
Qeyd edək ki, “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütamadi olaraq keçirilməkdədir. 45-ci ICPC 2020-2021 statistikasına görə son müsabiqədə 115 ölkənin 3000-ə yaxın ali təhsil müəssisəsindən 60000-ə yaxın tələbə iştirak etmişdir. Azərbaycan ali təhsil müəssisələrinin komandaları bu müsabiqədə 2005-ci ildən etibarən mütəmadi olaraq iştirak etməkdədirlər.
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank regional müsabiqənin baş sponsorudur.
Rəylər