Məşhur iş adamı Telman İsmayılov kütlə içinə çıxmağı qərara alıb. Düzdü, hələ ki sadəcə virtual şəkildə.
Oxu.Az xəbər verir ki, Telman İsmayılov Facebook sosial şəbəkəsində öz səhifəsini açıb.
Hələ ki səhifənin 831 abunəçisi var, amma bu sayın tezliklə artacağını ehtimal etmək olar.
Səhifənin başlığı “Bizim saytımız yalnız Rusiyanın deyil, demək olar ki, bütün müasir dünyanın istedadlı və parlaq iş adamına həsr edilib”dir.
Hər halda təvazökarlıq hər adama xas olan xüsusiyyət deyil. Cənab İsmayılova uğurlar arzu edək.