Belarusiya, Ermənistan və Azərbaycan bir müddət sonra Aİ-yə qoşulmaq istəyəcəklər.
Oxu.Az İnopressa-ya istinadən xəbər verir ki, bu barədə Saakaşvili “Le Temps” qəzetinə verdiyi müsahibəsində bildirib.
“Gürcüstanda hakimiyyətə gəlmiş müxalifət belə mənim Avropayönümlü kursuma qoşulub. Ukraynada bu ideya, hətta rusdilli şərqdə də populyarlaşır. Paradiqma tamamən dəyişib”, - Mixail Saakaşvili əmindir.
“Ortamüddətli və uzunmüddətli perspektivdə Belarusiya, Ermənistan və Azərbaycan Aİ ilə əməkdaşlığa doğru addım atacaq. Zamanla onların hamısı Aİ-yə qoşulacaq”, - Saakaşvili əminliklə söyləyib.