Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Təmirə görə bağlanan Bakının mərkəzi yolu nə zaman açılacaq? - AÇIQLAMA
"Bakıda mayın 23-də səhər saatlarından bağlanan 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsi sabah sürücülərin ixtiyarında olacaq".
Bu açıqlamanı Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli verib. O, qeyd edib ki, yolun təmiri prosesindəki əsas işlər artıq bitib.
"Bu gün ərzində xətlənmə işləri aparılacaq. Sabah səhərdən isə 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsi sürücülərin ixtiyarında olacaq", - deyə A.Nəcəfli bildirib.
Yolun əvvəldən təyin edildiyi kimi, mayın 29-da açılmamasının səbəbinə gəldikdə isə, A.Nəcəfli vurğulayıb ki, işlərin bir qədər yubanmasına səbəb yağışlı hava şəraiti olub.
Əzizə İsmayılova