Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tərtər-Ağdərə avtomobil yolunun inşasına BAŞLANILIB
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verib.
Oxu.Az xəbər verir ki, bu barədə AYDA məlumat yayıb.
Bildirilib ki, layihə üzrə sözügedən avtomobil yolunun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr təşkil edəcək. Tərtər-Ağdərə avtomobil yolu II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa edilir.
Hazırda avtomobil yolu boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır.
Bundan başqa inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.
Tikinti işləri "İnşaat Norma və Qaydaları"na uyğun həyata keçirilir. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Bakıda məşhur bazarın söküntüsü təxirə salındı
- İnsanlar Yolqullar kəndindən niyə qaçıblar? - Qurum əməkdaşı açıqlama verdi
- Bakıda yeni avtomobil yolunun tikintisinə başlanılır
- AAYDA qış fəsli ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib
- Bakı-Şamaxı yolunun qar və buzdan təmizlənməsi istiqamətində tədbir görülüb
Rəylər