Tərtər rayon icra başçısı ermənilərlə 100 metr məsafədə yerləşən kənddə əhali ilə görüş keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə AzNews.az-a İcra Hakimiyyətinin şöbə müdiri Tofiq Hüseynov məlumat verib. O vurğulayıb ki, başçı Müstəqim Məmmədov rayonun Qapanlı kəndində sakinlərlə səyyar görüş keçirir. Hazırda rayonun bütün müvafiq dövlət qurumlarının nümayəndələri də görüşdə iştirak edirlər:
“Başçı insanları narahat edən məsələləri dinləyir. Onlara bildirir ki, sakinlərinə dövlət tərəfindən bütün dəstəklər göstəriləcək”.
İH rəsmisi əlavə edib ki, rayonda üç gün əvvələ nisbətən Erməni Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halı nisbətən azalıb:
“Amma əhali arasında gərginlik çox yüksək səviyyədədir. Demək olar ki, hər kəs - yaşlısından cavanına kimi müharibənin başlamasını istəyir”.