Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Təsərrüfatçı: “Beyləqanda qoyunlarını satıb, şəhərdə taksi sürürlər” - VİDEO
İldırım Məmmədov Qubanın Yalavanc kəndində böyük qoyunçuluq təsərrüfatının sahibidir.
Bu sahədə zəngin təcrübəyə malik olan sahibkar müsahibəsində qoyunçuluğun xalqımızın tarixində oynadığı roldan, ölkəmizdə qoyunçuluq təsərrüfatının inkişaf perspektivindən, təsərrüfatçıların üzləşdiyi çətinliklərdən söz açıb.
İ.Məmmədov bildirib ki, apardığı araşdırmalar nəticəsində gəldiyi qənaət ondan ibarətdir ki, yaxın 40 il ərzində bazarda qoyun ətinin qiymətinin enmə perspektivi yoxdur.
Sahibkar bildirib ki, bunun əsas səbəblərini qanunda olan müəyyən boşluqlar, təsərrüfat sahiblərinin kəndi tərk edərək şəhərə axışmasında görür:
“Vaxtı ikən bizim qoyunçuluq sahəsində peşəkar mütəxəssislərimiz var idi. Bu gün onların nəvələri qoyunları satıb şəhərdə taksi xidməti ilə məşğul olurlar. Bu uşaqlar hamısı qoyunçuluqla məşğul olan kişilərin nəvələridir”.
İ.Məmmədovun həmçinin qoyunun bəslənməsi, onun ətinin keyfiyyətinin artırılması istiqamətində tövsiyələri də paylaşıb. Fermer bildirib ki, ətin keyfiyyəti heyvana qulluqdan, ona vaxtı-vaxtında lazımi dərmanlarla təmin edilməsində, eyni zamanda düzgün kəsim prosesindən asılıdır.
Ətraflı süjetdə:

"Beyləqan" teqi üzrə xəbərlər
- Beyləqanda körpənin ölüm səbəbi MƏLUM OLDU
- Beyləqanda 66 yaşlı kişi elektrik dirəyindən yıxılaraq ölüb
- Biləsuvarda həyətdə kişi meyiti tapılıb
- Beyləqanda vəzifəli şəxs zəhərlənərək öldü: Həyat yoldaşının VƏZİYYƏTİ AĞIRDIR
- Azərbaycanda şagird sinif yoldaşının atası tərəfindən döyüldü: Ekspertiza təyin olundu