Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsinin FOTOSU
Təyyarə qəzasında həlak olan Bakı Avrasiya Universitetinin tələbəsi Mahmud Tutunçiyevin görüntüsü yayılıb.
Oxu.Az həmin fotonu təqdim edir:
Bu gün səhər saatlarında Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə Sumqayıt sakini 20 yaşlı Mahmud Tutunçiyev də olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.
O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:
"Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Bakı Avrasiya Universitetində təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm"- o bildirib.
Ətraflı süjetdə:

"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır