Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Aktauda həlak olmuş 19 yaşlı Xədicənin FOTOSU
Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həlak olanlar sırasında 22 yaşlı Əli Mirzəbəy oğlu və bacısı 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlər də var.
Oxu.Az Xədicənin fotosunu təqdim edir:

Ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km aralıda qəzaya uğrayıb. Qəzada iki Qusar sakininin də öldüyü məlum olub.
Oxu.Az xəbər verir ki, Bizim.media-nın əməkdaşı rayonun Suduroba kənd sakinləri, bacı-qardaş, 22 yaşlı Əli Mirzəbəy oğlu və 19 yaşlı Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərin yaşadığı evdə olub.
Qəzada həyatını itirən bacı-qardaş kənddə tək yaşayırlarmış. Onların valideynləri illər əvvəl dünyalarını dəyişib.
Qeyd edək ki, Qusar rayon Suduroba kənd icra nümayəndəsi Ənvər Balabəyov bacı-qardaşın ölümü barədə məlumatı qəzada həyatını itirənlərin siyahısından öyrənib.
Ətraflı videosüjetdə:
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL-ın qəzaya uğrayan təyyarəsinin pilotları ilə danışıqların stenoqramları kimlərdə var?
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb
- AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
- AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və "Baza" "Telegram" kanalının təxribatı
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"