Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Euronews: "Azərbaycan Hava Yolları"nın qəzaya uğrayan təyyarəsinin ekipajı qəhrəmandır"
Kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş göyərtə bələdçisi Hökümə Əliyeva təcili eniş zamanı həlak olublar. Ekspertlər vurğulayırlar ki, sərnişinlərin həyatının xilas edilməsində onların rolu danılmazdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" yazıb.
Qeyd olunur ki, Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 saylı reysinin son dəqiqələrinin təfərrüatı ortaya çıxdıqda, daha çox ekspert təyyarənin ekipajını qəhrəman adlandırırlar. Onların fikrincə, sona qədər sərnişinləri xilas etmək üçün əlindən gələni edən pilotların və bələdçilərinin rolu danılmazdır.
"AZAL-ın məlumatına görə, İqor Kşnyakin 15 min saatdan çox uçuş təcrübəsinə malik olub. Mütəxəssislərin fikrincə, o, köməkçi pilot Kalyaninovla birlikdə heyrətamiz pilotluq məharəti nümayiş etdirərək, təyyarəni Xəzər dənizinin üzərindən keçirərək Aktau hava limanının uçuş-eniş zolağından cəmi 3 km aralıda təcili eniş etməyə nail olublar.
Qəza yerinin və təyyarənin qalıqlarının videogörüntülərinə əsaslanaraq, aviasiya mütəxəssisləri belə qənaətə gəliblər ki, "Embraer 190"ın sol üfüqi stabilizatoru böyük ehtimalla, qəlpələrlə deşilib və təyyarə öz hidravlik sistemini, o cümlədən sükanın idarəetməsini itirib. Pilotların yumşaq eniş etmək imkanı olmayıb, onlar qəza rejimində eniş etmək məcburiyyətində qalıblar" - məqalədə deyilir.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL-ın 21 illik əməkdaşı: "Çox istərdim ki, Hökuməyə "Milli Qəhrəman" adı verilsin"
- Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- Nazir: "Azərbaycan beynəlxalq məsləhətçiləri təyyarə qəzasının araşdırma prosesinə cəlb edib"
- Qəzada həlak olan Ramazan Filiyevin xanımı: "Dedi ki, təyyarə Qroznıya enəndə xəbər edəcəyəm"
- Bələdçinin qızı: "Partlayışı görəndən sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər"
Rəylər