Xəyallarınızda olan təmiri gerçəkləşdirin.
Mənzilinizi təmir etmək istəyirsiniz, lakin bu işi kimə həvalə edəcəyinizi düşünürsünüz?
Aldanmaq və ya keyfiyyətsiz təmirə pul vermək, təmirlə əlaqədar ustalar ilə iş prosesi zamanı stress keçirmək istəmirsiz?
Bazarda lider adını qazanan METALICO şirkəti Sizə tam yeni bir layihə təklif efir!
“Hazır ev” – sizə əsl lazım olan bir təmir!
Yeni xidmət olan “Hazır Ev” sizə innovativ yanaşma və ən əsası çox sərfəli maliyyə təklifi təqdim edir.
“Hazır Ev” xidmətini seçərkən, siz təmir işlərinizi yüksək keyfiyyətli materiallarla professional ustalara həvalə etmiş olursunuz. Xidmətin əsas üstünlüklərindən biri isə sizinlə müqavilənin bağlanılmasıdır. Müqavilədə bütün şərtlər, hətta mənzilin tam təhvil verilməsi günü belə qeyd olunacaq.
“Hazır Ev” sizə 3 növ fərqli təmir paketi təqdim edir. Bu paket tipləri “Tələbə” dizaynın sadəliyi və cəsurluğu, “Müasir” tərzin yüngüllüyü və təravətini və “Ənənəvi2 təmirin klassik şık üslubunu əks etdirirlər.

“Tələbə” paketi ən sərfəli və əlverişli, yeni ailə quranlar üçün ideal təklifdir. Paketin standart qiyməti- 189 AZN- dir (1 kv. metrə üçün). Paketi seçərkən hər zaman arzu etdiyiniz mənzilə sahib olursunuz. Mütəxəssislərimiz tərəfindən təqdim olunmuş kataloqlarda siz al-əlvan rəng çalarları ilə yanaşı açıq, yumşaq və sakit rəngləri də seçə bilərsiniz. Yaxınlarınız və dostlarınız sizin zövqünüzə heyran olacaqlar.

“Müasir” paketin dizaynı təmir etdiyiniz mənzilə nəfislik və yüngüllük gətirəcək. Bu cür mənzil həm ailə üçün, həm də azad, müasir, yenilik sevən adamlar üçün də əla seçimdir. Bu paketin qiyməti- 249 AZN- dir (1 kv. metrə üçün). Modern üslub, maraqlı qərarlar və düzgün seçilmiş materiallar – keyfiyyət və qiymətin ideal ahəngidir.

Nəhayət, mötəbər və dəbdəbəli təmiri “Ənənəvi” paketi seçməklə əldə edə bilərsiniz. Yekun paketin qiyməti isə 299 AZN- dir (1 kv. metrə üçün). Qeyd olunan paketin təmir işləri üçün Avropa və Asiyadan ən keyfiyyətli materiallar gətirilir, klassik dizaynlar və aksessuarlar seçilir və təqdim olunur. Statusunuza uyğun olan bir ev yaradıb qürur hissi ilə qohum və ya biznes partnyorlarınızı evinizə dəvət edə bilərsiniz.
Qiymət paketlərinə nəinki işçilik və əsas tikinti materialları, həmçinin qapıların alınması və quraşdırılması, elektrik kabellər və santexnikа materialları (kombi sisteminin çəkilişi), tavanın alçipan işləmələri, yer örtükləri (laminat, parket, plitə), divarların və tavanın müxtəlif dekor boyalarla boyanması və ya divar kağızının çəkilişi də daxildir.
Bir sözlə - özünüz üçün yaratmaq istədiyiniz komfortu biz sizə tam əminliklə təhvil verəcəyik. Qeyd etmək istəyirik ki, layihə təchizatçıları müştərilərinə tikinti materialları üçün rəsmi zəmanət təqdim edən xarici və yerli şirkətlər ilə əməkdaşlıq edir.
www.hazirev.az saytında siz həttə gələcək evinizin təxmini maketini yığa bilərsiniz: divarların rənglərini, plitələri və qapıları seçə bilərsiniz. Təmir üçün seçəcəyiniz dizaynı müəyyən etmək üçün ən müasir, rahat və praktik bir yoldur. Evdən çıxmayaraq müasir, dəbli və rahat təmir seçməyin yolu məhz “Hazır Ev”də!
Təmirin rahat şərtləri bağlı ətraflı məlumatın alınması, sizi maraqlandıran sualların cavablandırılması, mütəxəssis konsultasiyası almaq istəyirsinizsə sərgi salonumuza yaxınlaşa bilərsiniz. Burda həmçinin təmir edilmiş otaqların maketləri və istifadə olunan tikinti materialları ilə yaxından tanış ola bilərsiniz.



“Hazır Ev” müştərilərini lazımsız çətinliklərdən azad edəcək, təmirdən ən xoş duyğular bəxş etdirəcək bir layihədir. Həmçinin, görülən bütün işlər üçün zəmanət verir və təmir bitdikdən sonrə sizə təmir edilən sahə üçün təmizlik xidməti hədiyyə edilir. Bu hələ son deyil- siz əmlakınız ( mənzil və ya ev) üçün sığorta əldə edirsiniz.
“Hazır Ev” - rahatlıq və ideal təmirin zəmanətidir.
Şirkətin təqdimat məkanı (şou-rum) İnşaatçılar prospekti 57F ünvanında yerləşir.
(012) 560-00-00 nömrəsinə zəng etməklə də istədiyiniz məlumatı ala bilərsiniz.
Oxu.Az yeniləndi!