Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"TikTok"da canlı yayım açan cərrah nazirliyə çağırıldı
Əməliyyat zamanı "TikTok" platformasında canlı yayım açan cərraha xəbərdarlıq edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb:
"Səhiyyə Nazirliyinin 137 nömrəli əmri - "Həkimin Etik Davranış Qaydaları"nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib".
Qeyd edək ki, "National Prime Hospital" klinikasının həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı "TikTok" platformasında canlı yayım açıb.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda klinik protokol çatışmazlığı: Həkimlər və xəstələr üçün RİSKLƏR
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır
- Bayram günlərində klinikalar işləyəcəkmi? - Rəsmi cavab və təkliflər
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?