Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tıxacdan qurtulmaq üçün piyadaların həyatını təhlükəyə atan sürücülər cəzalandırıldılar - VİDEO
Tıxacdan qurtulmaq üçün avtomobillərini səkinin üzəri ilə hərəkət etdirən hər iki sürücü cərimələnib.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O qeyd edib ki, qaydanı pozan sürücülərin hər biri barəsində qanuni tədbir görülüb:
“Qanunu pozan hər iki sürücüyə protokol tərtib olunub. Qanuni tədbir görülüb”.
Xatırladaq ki, tıxac səbəbindən əvvəlcə 90-AU-070 dövlət nömrə nişanlı “Toyota RAV4” markalı, daha sonra isə 10-AZ-485 dövlət nömrə nişanlı “Lexus LX 570” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini səkinin üzərinə çıxarmaqla yollarına davam ediblər. Sürücülərin bu məsuliyyətsizliyi piyadalar üçün təhlükəli anlara səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid
Rəylər