Həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu müvəqqəti olaraq azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, T. Yaqublunun qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsinə icazə verilib. Bunun üçün o, 7 gün müddətinə azadlığa buraxılıb.
Qeyd edək ki, T. Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Onun hepatit xəstəliyindən əziyyət çəkdiyi və bir neçə gün əvvəl komaya düşdüyü bildirilir. N. Yaqublunun meyiti bu gün Bakıya gətiriləcək.
Xatırladaq ki, T. Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
T. Yaqublu cəzasını Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.
23.04.2015
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun müvəqqəti olaraq azadlığa buraxılmasına icazə verib.
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında vəkil Nemət Kərimli deyib.
O bildirib ki, Penitensiar Xidmət Tofiq Yaqublunun 7 gün müddətinə azadlığa buraxılmasına icazə verib. Vəkil hazırda sənədləşmə işlərinin aparıldığını və yaxın vaxtlarda T. Yaqublunun buraxılacağını söyləyib.
Qeyd edək ki, T. Yaqublunun qızı Nərgiz Yaqublu bu gün Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Onun hepatit xəstəliyindən əziyyət çəkdiyi və bir neçə gün əvvəl komaya düşdüyü bildirilir. N. Yaqublunun cənazəsi sabah Bakıya gətiriləcək.
Xatırladaq ki, T. Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs olunub və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkir.
14.29
Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu uzan sürən xəstəlikdən sonra Tomskda vəfat edib.
Oxu.Az xəbər verir ki, Nərgiz Yaqublu “Müsavat” partiyasının gənclər təşkilatının fəalı olub, həmçinin “Yeni Müsavat” qəzeti ilə uzun müddət əməkdaşlıq edib.