Bakının mərkəzində velosiped, çarxlı konki və skeyt sürmək qadağan olunub.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Torqovı” kimi tanınan Nizami küçəsində müvafiq qadağa haqqında nişan vurulub.
Məlumata əsasən, velosiped, çarxlı konki və skeyt sürmək qadağası sözügedən ərazidə təhlükəsizliyin təmin edilməsi ilə əlaqəlidir. Belə ki, velosiped, çarxlı konki və skeyt sürənlər öz hərəkətləri ilə ərazidə istirahət edənlər üçün təhlükə yaradırlar.
Onu da bildirək ki, müvafiq qadağa haqqında nişan təhlükəsizlik kamerası yerləşən dəmir dirəyin üstünə yapışdırılıb, lakin sözügedən nişanı naməlum insanlar qopardaraq buna öz etirazlarını bildirirlər. Lakin buna baxmayaraq icra nümayəndələri nişanı təkrarən həmin dirəyin üzərinə yapışdırırlar.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək həmişəki kimi mümkün olmayıb.
Elvin Əhmədov
www.oxu.az