Tovuzun Bozalqanlı kəndində balıqdan zəhərlənən şəxslərin adları məlum olub.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, onlar 1985-ci il təvəllüdlü Rəşad Əliyev, 1986-cı il təvəllüdlü Məlahət Vaqif qızı Məmmədova, 2010-cu il təvəllüdlü Rəvan Rəşad oğlu Əliyev, 2011-ci il təvəllüdlü Həsən Rəşad oğlu Əliyev, 2017-ci il təvəllüdlü Mehriban Rəşad qızı Əliyevadır.
11:12
Tovuz rayonunda beş nəfər qidadan zəhərlənib.
Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, onların balıqdan zəhərləndiyi ehtimal olunur:
“Bir ailənin beş üzvü zəhərlənib. Onlara tibbi yardım göstərilib və evə buraxılıblar. İlkin ehtimala görə, ailə üzvləri balıq məhsulundan zəhərləniblər”.
İlhamə Əbülfət, Nazir Quliyev