Bu gün Tovuzda Ermənistan vətəndaşı əsir düşüb.
Oxu.Az TTV-yə istinadən xəbər verir ki, Azərbaycan tərəfinə əsir düşən Ermənistan vətəndaşının 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğlu olduğu bildirilir. Əsir Tovuz rayonunun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tərəfindən saxlanılıb və aidiyyatı qurumlara təslim edilib.