Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Toydan çıxan müəllimi avtomobil vurdu
Lənkəranda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Bu barədə Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
O bildirib ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı piyada yolun kənarı ilə hərəkət edirdi:
"VAZ-2107 markalı avtomobilin sürücüsü yolun kənarı ilə hərəkət edən piyadanı vurub. Hadisə nəticəsində piyada yüngül xəsarət alıb. Ona yerindəcə ilkin tibbi yardım edilib, daha sonra avtomobilin sürücüsü piyadanı xəstəxanaya çatdırıb".
Aygün Mirakif
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi toydan çıxıb yolu əks istiqamətə keçmək istəyən Lənkəran rayonunun Ləj kənd sakini 1977-ci il təvəllüdlü Akşin Böyükağa oğlu Əliyevi vurub.
A.Əliyev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Akşin Əliyev Ləj kənd məktəbində tarix müəllimi işləyir.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Qubada vəzifəli şəxs müəlliməni xəstəxanalıq etdi - Son vəziyyəti AÇIQLANDI
- Naxçıvanda AĞIR QƏZA - Taksi sürücüsü öldü
- Gələn ay toyu olacaqdı - Faciəli şəkildə ölən gəncin FOTOLARI
- Xocəsən qəsəbəsində sərnişin avtobusu QƏZASI: Sürücü xəsarət alıb
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ