Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Toyota” Avropada yeni brend loqotipini və dizayn tərtibatını təqdim etdi
“Toyota” Avropada brend loqosu və tərtibatının yenilənmiş versiyasını təqdim etdi. Bu, “Toyota” üçün yeni eradan xəbər verir. Belə ki, “Toyota” bir avtomobil şirkətindən mobillik şirkətinə çevrilir.
Artan mobillik məhsulları və xidmət çeşidləri üçün brendə üz tutan müxtəlif müştəri bazasına ünvanlı təkmilləşdirilən yeni dizayn dili həm rəqəmsal, həm də real ünsiyyət vasitələri baxımından mükəmməldir.
Yeni vizual identifikasiya sadəliyə və dörd əsas prinsipə əsaslanır: uzaqgörənlik, mobilliyə hazırlıq, daha premiumluq hissi və bütün biznes vahidləri və subbrendləri arasında son dərəcə uyğunluq.
“Toyota”nın yeni brend loqotipi “Toyota” sözünü ləğv etməklə, sadə ikiölçülü emblemdən ibarətdir, çünki emblem özü Avropada yetəri qədər məşhurdur. Bu dizayn sadəlik, şəffaflıq və müasirlikdən xəbər verir və həm rəqəmsal məkana mükəmməl uyğunlaşır, həm də real şəraitdə eyni dərəcədə effektivdir. Yeni loqotip bütün ünsiyyət vasitələrində tətbiq ediləcək, lakin cari loqotip hələ də nəqliyyat vasitələrində istifadə ediləcək.
“Biz brendin yeni vizual dizaynını “sabahı” düşünərək yaratmışıq. Məqsədimiz “Toyota”nın elektrik avtomobilləri, mobillik xidmətləri və onlayn satış tempinə uyğunlaşması üçün müştərilərlə ən mükəmməl şəkildə ünsiyyətini təmin etməkdir”.
Didiye Gambart, “Toyota Motors” Avropa, Satış, Marketinq və Müştəri Təcrübəsi üzrə vitse-prezident
Şəkillərə baxmaq üçün: http://newsroom.toyota.eu/
Rəylər