Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyat müddətini uzadıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 11 iyul saat 17:00-dək uzadılıb.
Bakalavrlar həmin vaxta qədər qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Əks təqdirdə, yəni bakalavrların qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və həmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
12:30
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrların qeydiyyatı başa çatır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı iyunun 25-dən başlanıb və bu proses iyulun 10-da saat 17:00-da başa çatır.
Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və əmin bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.