Azərbaycanda 200 minə yaxın şəkərli diabet xəstəsi var.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Bəbirov bildirib.
O deyib ki, mart ayından vətəndaşları qəbul edən tibb müəssisəsinə ən çox məhz şəkərli diabet xəstələri gəlib.
“Ötən müddət ərzində ən çox müraciətlər endokrinoloji şöbəyə daxil olub. Şəkərli diabet xəstələrinə pulsuz tibbi xidmət göstərən endokrinoloji şöbədə xəstələr gündə 4 dəfə yeməklə təmin olunur”, - T.Bəbirov deyib.
O, söyləyib ki, müraciət edənlər arasında nevroloji xəstələr üstünlük təşkil edib:
“Bakı Sağlamlıq Mərkəzində əhaliyə tam pulsuz tibbi xidmət göstərilir. Burada müasir avadanlıq və yüksək səviyyəli həkim personalı var. Buna görə də əhali Bakı Sağlamlıq Mərkəzində yüksək səviyyəli və pulsuz tibbi xidmətdən yararlana bilər”.