Azərbaycanda məktəbi qızıl medalla bitirənlər ali məktəblərə qəbul imtahanlarında 400-600 bal toplayıblar.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, 29 qızıl medal sahibindən biri 140 bal toplayıb.
Onun haqqında məlumatlar Təhsil Nazirliyinə (TN) göndəriləcək.
“Düşünürəm ki, 400-700 arası bal toplana bilərdi. Qızıl medal qazanan və qəbul imtahanlarında çıxış etməyən məzunlar var. Görünür, onlar xaricdə təhsil almağa yollanıblar. TN bu məlumatlarla maraqlanır. Böyük ehtimalla, onlar tədris şöbələri və məktəb nümayəndələri ilə birgə məlumatları araşdırırlar.”
TQDK sədri əlavə edib ki, qəbul imtahanlarının yekunlarına əsasən, abituriyentlərin bilik səviyyəsi ötənilki ilə eyni səviyyədədir.