Zaqatala rayon sakini naməlum şəraidə oğurlanıb.
Oxu.Az Publika.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Muxax kəndində qeydə alınıb.
Kənd sakini İslam Məmmədov polisə ərizə ilə şikayət edərək bildirib ki, qızı Qəndab Məmmədova Filqət adlı şəxs tərəfindən oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində fakt öz təsdiqini tapıb. Qəndab Məmmədovanın Faldarlı kənd sakinləri Filqət Mustafayev, Rövlan Əliyev, Vüsal Abbasov və Nail Paşayev tərəfindən ogurlandığı müəyyən edilib.
Zaqatala rayon Polis Şöbəsindən Publika.Az-a verilən məlumata görə, saxlanılan şəxslərdən Filqət Mustafayev qızı uzun müddətdir ki, sevir, lakin Qəndabın valideynləri qızlarını ona verməkdən imtina ediblər:
“Mən çobanam. Xeyli ilxım var. Onlar da qızlarını mənə vermək istəmirlər ki, sən çobansan. Mən isə artıq uzun illərdir ki, Qəndabı sevirəm. Gördüm ki, mümkün deyil, dostlarımı çağırdım, mənə kömək etsinlər, onu qaçırdım”.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanlıb.
Xatırladaq ki, saxlanılan şəxslərin əməlləri adam oğurluğu kimi qiymətləndirilib.
www.oxu.az