Türk Şurasının media nümayəndələrinin Şuşa səfəri başa çatıb.
Oxu.Az xəbər verir ki, xarici jurnalistlər Yuxarı Gövhər Ağa, Şuşa qalası, Molla Pənah Vaqifin məqbərəsində olublar.
Sonra media nümayəndələri Cıdır düzündə olublar. Onlara 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Şuşanı azadetmə şücaətindən məlumat verilib.
Samir İsayev
Foto: Ramil Yunus
09:16
Türk Şurası ölkələrinin media nümayəndələrinin Şuşaya səfəri başlayıb.
Oxu.Az xəbər verir ki, xarici jurnalistlər Şuşada Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidlərinə baş çəkəcəklər .
Bundan başqa, media nümayəndələri Molla Pənah Vaqifin məqbərəsində və Bülbülün ev muzeyində görülmüş işlərlə tanış olacaqlar.
Sonra Türk Şurası ölkələrinin media nümayəndələri Cıdır düzündə də olacaqlar.
Samir İsayev