Bu gün, martın 27-də Türkiyədə Ankara vaxtı ilə 03.00-da saatların əqrəbləri bir saat irəli çəkilib.
Oxu.Az xəbər verir ki, Türkiyədə yay vaxtı ölkə ərazisində yeddi ay qüvvədə olacaq.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli qərarına əsasən ölkədə yay vaxtına keçid ləğv olunub.
Bununla əlaqədar Azərbaycanla Türkiyə arasında vaxt fərqi bir saat olub.