Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının 3-cü iclasında iştirak etmək üçün bu gün səhər Milli Məclisə gələn Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunun telefonu parlamentin mühafizə xidməti əməkdaşı tərəfindən əlindən alınıb.
Oxu.Az Publika.Az-a istinadən xəbər verir ki, Türkiyə səfiri bunu təəccüblə qarşılayıb və səbəbini soruşub.
Milli Məclisin mühafizə xidməti əməkdaşları isə bunu parlamentə “smartfon” və “android” tipli telefonların buraxılmasının qadağan edilməsi ilə izah edib.
Daha sonra səfir İ.A.Coşqun mobil telefonunu Milli Məclisin əsas girişində mühafizə xidməti əməkdaşına təqdim edib.