Azərbaycanda Аİ-95 markalı benzinin istehsalı dayandırılacaq.
Bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayev bildirib.
Oxu.Az Adalet.az-a istinadən xəbər verir ki, R.Abdullayev jurnalistlərə SOCAR-ın ölkə hökumətinə Аİ-95 benzininin istehsalını dayandırmaq və tam şəkildə Аİ-92 benzininin istehsalına keçməklə bağlı təkliflə müraciət etdiyini söyləyib (Trend).