Fevralın 12-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin məlumatına görə, havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq.
Fevralın 12-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında havanın çiskinli olması ehtimalı var. Mülayim-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.