44 günlük Vətən müharibəsinin qaziləri Türkiyənin Bursa şəhərində müalicələrini davam edirlər.
“Anadolu” agentliyi xəbər verir ki, çavuş İrşan Xanəliyev və Röyal Kərimov YAŞAT fondunun dəstəyi ilə fizioterapiya və reabilitasiya prosesi keçirlər.
31 yaşlı İrşan Xanəliyev deyib ki, ermənilərin atdığı mərminin partlaması nəticəsində yaralanıb. Qəlpə qəhrəmanın onurğasını zədələyib:
“Partlayışdan sonra ayaqlarımı hiss etmədim. Dostlarım məni cəbhədən xəstəxanaya apardılar. Azərbaycanda dörd ay həkimlərin nəzarəti altında oldum və sonra qardaş Türkiyəyə gətirildim”.
78_New folder456_20210313_2_47312464_63333439:640.jpg)
Xanəliyev dəstək və köməyə görə Türkiyəyə təşəkkür edib:
“Çox sağ olun. Türkiyə qardaş ölkədir. İki dövlət - bir millətik”.
İyirmi yaşlı çavuş Röyal Kərimov müharibəyə atası və qardaşı ilə bərabər qatılıb.
78_New folder456_20210313_2_47312464_63333440:640.jpg)
Kərimov deyib ki, hücum əməliyyatlarının birində o mühasirəyə düşüb, silahdaşları onun gözlərinin önündə öldürülüb. Güllə yarası aldıqdan sonra ayağında hissiyyat itən əsgərimiz əməliyyat olunub:
“Danışa da bilmirdim, sadəcə başımı tərpədirdim. İndi daha yaxşıyam. Bursada özümüzü qəriblikdə hiss etmirik”.
Həkimlər bildiriblər ki, hərbçilərimizin tam sağalması üçün uzun müddətli müalicə tələb olunur.