Türkiyədə - Elazığ və Malatyada baş vermiş dağıdıcı zəlzələdə ölənlər arasında azərbaycanlılar yoxdur.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib:
“Mütəmadi olaraq Türkiyənin aidiyyəti orqanlarıilə əlaqə saxlayırıq. Türkiyə Xarici İşlər Nazirliyindən aldığımız məlumata görə, hələlik zəlzələ nəticəsində ölən və xəsarət alanlar arasında həmvətənlərimiz yoxdur”.
Könül Cəfərli