Bu gün Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyi ilə birgə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsi çərçivəsində sərgi açılıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən sərgidə 15 mart 2014-cü il tarixindən 10 may 2014-cü il tarixinədək məktəblər arasında keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsində iştirak etmiş məktəblilərin əl işləri nümayiş etdirilib.
Tədbirdə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.