Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Üç yaşlı Abbasın dəstəyə ehtiyacı var
Üçyaşlı Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Məleykə Fərzəliyeva məlumat verib.
O bildirib ki, övladının sol böyrəyində törəmə aşkarlanıb:
"Abbasın üç yaşı var, bir neçə ay əvvəl onun böyrəyində törəmə aşkarlandı və əməliyyat olundu. Əməliyyat uğurla keçsə də, Abbas bir müddət həkim nəzarətində olmalı və müalicələri vaxtında edilməlidir".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacının olduğunu bildirib:
"Abbas mənim ilk övladımdır. Biz Sabirabad rayonunda yaşayırıq. Yoldaşım iş olduqca fəhləlik edir, mən isə evdar qadınam. Abbasın səhhətinin stabil qalması üçün müalicələri vaxtında etməliyik. Onun həkimi Bakıda olduğu üçün bəzən getməyə belə pul tapmırıq. Müalicələr üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacımız var. Onlardan övladıma dəstək olmağı xahiş edirəm".
Ailə əlaqə: (050) 319-27-21.
"Kapital Bank": 4169 7388 1120 6808.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Övladı üçün təkbaşına çırpınan ana yardım istəyir: "Artıq bacara bilmirəm"
- Elayın atası fəryad edir: "Anamın xəstəliyinə dözə bilmirdim, indi balam gözümün qabağında yox olur"
- İbrahimin yaşaması üçün həkimlər ümid vermir: Ağrıları artıb, yemək yemir - Anası dərdə dözə bilmir
- Ağır yanıq xəsarətləri alan Zəhranın dəstəyə ehtiyacı var
- 5 yaşlı Əbil ağır xəstə olduğu üçün atası onu atıb gedib - Sizin köməyinizə ehtiyacı var