Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Meyxanaçının da içində olduğu maşın partladı: İki nəfər yanaraq öldü - Hadisənin TƏFƏRRÜATI
Ucarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, hadisə oktyabrın 21-də axşam saatlarında rayonun Alpout kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ucarın Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Peugeot" markalı avtomobil qarşıda gedən "KamAZ"a çırpılıb. Sonradan "Peugeot" markalı avtomobil tamamilə yanıb.
Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüblər. Digər sərnişin, 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
"Gəlirdik, yolda gördük ki, maşın alışıb. Əlimizdən gələn köməyi etdik. İlk olaraq uşaqlar təcili tibbi yardımı çağırdılar. Biz də üç nəfəri çıxartdıq, axırıncı yaşlı qadını çıxarandan sonra maşın partladı", - hadisə şahidi deyib.
Bildirilib ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.
Ətraflı Baku TV-nin süjetində:
Ötən gecə Ucarda baş vermiş dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində olub.
Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Peugeot" markalı avtomobil "KamAZ"a çırpılıb. Sonradan "Peugeot" tamamilə yanıb.
Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri - 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüblər. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.
Ucar rayonunda üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən avtomobildən yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb.
Ağır xəsarət alan 2007-ci il təvəllüdlü Səma Vüqar qızı Qüddəsərova əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına daha sonra isə vəziyyəti ağır olduğundan Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.
Rayonun hüquq mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər