2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 nömrəli doğum evində qeydə alınıb.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib.
Yeni ilin ilk körpəsinin çəkisi 2,7 kq, boyu isə 50 sm-dir.
Könül Cəfərli