Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İki övladının da səhhətində problem olan ana yardım gözləyir: 600 manata ehtiyacları var
Üçaylıq körpələrin dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Aysel Əhmədova məlumat verib.
O bildirib ki, övladları erkən doğulduqları üçün səhhətlərində problem var:
"Atilla və Altay avqust ayının 30-da 31 həftəlik olarkən dünyaya gəliblər. Erkən doğulduqları üçün ikisinin də səhhətində problemlər var. Atilla fizioloji sarılıq, Altay isə ağciyər durğunluğundan əziyyət çəkirlər".
Gənc ana övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Uşaqlar erkən doğulduqları üçün bir müddət küvəzdə saxlamağa məcbur olduq. Həmin dövrdə, demək olar ki, əlimizdə olan hər şeyi verdik. Dost tanışın dəstəyi ilə də müalicələrini edirik. Həkimlər uşaqların düzgün müalicə ediləcəyi halda tamamilə sağala biləcəklərini deyirlər. Hazırda uşaqların müalicəsi üçün aylıq 500-600 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 579-77-23
Leo Bank: 4098 5844 9655 6208.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Beş yaşlı Xanımın anası: "Müalicəni qarşılamaq üçün yoldaşımın üzüyünü də satmışam"
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, mən sağalım"
- 14 yaşlı Ruslanın anası: "Dərmanlarını içməyəndə özünü döyür, aqressivləşir"
- Üç övladını eyni xəstəlikdən itirən ana yardım DİLƏYİR
- 7 aylıq Muradın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var