Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Üçüncü mərtəbədən yıxılan məktəblinin analiz nəticəsi - Dərman içibmiş
Ötən gün 162 nömrəli məktəb binasının 3-cü mərtəbəsindən yıxılan səkkizinci sinif şagirdindən götürülən analizlərin nəticəsi açıqlanıb.
Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, məktəbli allergiyaya qarşı dərman qəbul edib:
“Analizlərin nəticəsinə görə, məktəbli allergiyaya qarşı olan dərman atıb. Lakin həmin dərman preparat psixotrop tərkibli deyil. Hadisənin dərmana heç bir aidiyyəti yoxdur”.
Xatırladaq ki, xəstəxanadan məktəbliyə çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağciyərin və yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.
Könül Cəfərli
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar