“Mən bir ildir Oxu.Az-da rəhbər vəzifədə çalışıram. Göstərdikləri etimada görə rəhbərliyə təşəkkür edirəm”.
Bu fikirləri Oxu.Az-ın baş redaktoru Ülvi Səfərov “Global Media Group” MMC-yə IMS sertifikatlarının təqdimat mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, rəhbərliyin etimadı bir ilin sonunda ISO sertifikatı ilə nəticələndi:
“Çox qürurvericidir. Başda “Global Media Group”un rəhbəri Elnur Abdullayev olmaqla bütün rəhbərliyimizi qazanılan uğurla bağlı təbrik edirəm. Həmçinin “Global Media Group”un media direktoru Həmid Həmidovun zəhmətini vurğulamağı özümə borc bilirəm. Uğurlarımız davamlı olsun”.
Könül Cəfərli