Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Həmid Həmidovla "Danışaq?": Əlixan Rəcəbov kino və erkən nikahlar haqqında
Jurnalist Həmid Həmidov "Danışaq?" proqramının yeni buraxılışında növbəti videomüsahibəni təqdim edib.
Oxu.Az-ın verdiyi məlumata görə, podkastın qonağı tanınmış Azərbaycan aktyoru, rejissoru, ssenarist Əlixan Rəcəbov olub.
Müsahibəsində o, son yeddi ildə həyatının və Azərbaycan kinosunun necə dəyişdiyindən danışıb.
Əlixan səs-küyə səbəb olan "Alatava" serialından və erkən nikahlar kimi kəskin sosial problemə həsr olunmuş yeni "Səriyyə" filmi haqqında fikirlərini bölüşüb. Rejissorun fikrincə, bu, cəmiyyətimizdə qaldırılması vacib olan ən mühüm mövzudur.
O, həmçinin qətllər, zorakılıq, selektiv abortlar və boşanmalar kimi problemlərə də toxunub.
Ə.Rəcəbov Azərbaycanda film çəkilişləri üçün sponsor və tərəfdaşların tapılmasındakı çətinliklərdən və yaxşı filmin neçəyə başa gəldiyindən danışıb. Bununla yanaşı, o, təkcə filmlərdən deyil, həm də populyar "Instagram" hesabındakı reklamlardan qazanc əldə etməyi bacardığını vurğulayıb.
Aktyor və rejissor peşəsində təhsilin çox vacib olduğunu düşünən Əlixan Rəcəbov tamaşaçılara baxmağa dəyər bir neçə möhtəşəm film tövsiyə edib.
Ə.Rəcəbov, həmçinin, beynəlxalq festivallar üçün film çəkmək və Azərbaycan kinosunu xaricdə dəbli və populyar etmək kimi ambisiyalı planlarını bölüşüb.
"Həmid Həmidovla “Danışaq?”" teqi üzrə xəbərlər
- "Danışaq?" layihəsinin növbəti qonağı doktor Komarovski olub
- "Danışaq?" verilişinin budəfəki qonağı nevropatoloq və estetik tibb həkimi olub
- Həmid Həmidovla "Danışaq?" layihəsinin növbəti qonağı dünyaca məşhur caz ifaçısı Əzizə Mustafazadə
- Ulduz pasportu, qadınlar üçün "pikap": Həmid Həmidovla "Danışaq?"
- Həmid Həmidovla "Danışaq?": Kənan Əhmədov - prostatit, böyrəklərdə daşlar, adenoma haqqında
Rəylər