Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Danışaq?" layihəsinin növbəti qonağı doktor Komarovski olub
Jurnalist Həmid Həmidov "Danışaq?" layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.
Oxu.Az xəbər verir ki, podkastın qonağı məşhur Ukrayna pediatrı, tibb elmləri namizədi, yazıçı, televiziya aparıcısı, "Doktor Komarovski" kimi daha çox tanınan Yevgeni Komarovski olub.
Söhbət iştirakçıları kişilərin uşaqların həyatında iştirakının aşağı olmasının səbəblərini, uşaqları məcburi yedirtməyin lazım olub-olmadığını, peyvəndin vacibliyini, gənc nəslin tərbiyəsi və sağlamlığı ilə bağlı bir çox aktual məsələləri müzakirə ediblər.
Doktor Komarovski uşaqlarla valideynlər arasında ahəngdar münasibətlərin əsas prinsiplərindən danışıb. O, həmçinin, bu münasibətlərdə fəlakət astanasında olub-olmadığımızı izah edib.
Bundan əlavə, müsahibə zamanı jurnalist və qonağı digər mövzulara da toxunublar, o cümlədən həkimlər arasında şarlatanlığın yayılmasının səbəbləri və bu gün ən yaxşı səhiyyə sisteminin hansı ölkədə olması barədə danışıblar.
Söhbətin əhəmiyyətli hissəsi müharibə və uşaqlar mövzusuna həsr olunub. Komarovski Ukraynanın indi necə yaşadığını və ukraynalı uşaqlara necə kömək edilə biləcəyindən danışıb.
Sonda D.Komarovski Bakını çox bəyəndiyini vurğulayıb və sevimli Azərbaycan yeməyindən bəhs edib.
Ətraflı - videoda:
"Həmid Həmidovla “Danışaq?”" teqi üzrə xəbərlər
- Həmid Həmidovla "Danışaq?": Əlixan Rəcəbov kino və erkən nikahlar haqqında
- "Danışaq?" verilişinin budəfəki qonağı nevropatoloq və estetik tibb həkimi olub
- Həmid Həmidovla "Danışaq?" layihəsinin növbəti qonağı dünyaca məşhur caz ifaçısı Əzizə Mustafazadə
- Ulduz pasportu, qadınlar üçün "pikap": Həmid Həmidovla "Danışaq?"
- Həmid Həmidovla "Danışaq?": Kənan Əhmədov - prostatit, böyrəklərdə daşlar, adenoma haqqında
Rəylər