Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağahüseyn Əhmədov: "Azərbaycan İnnovasiya Mərkəzi"nin bölgələrdə də açılması planlaşdırılır"
"Azərbaycan İnnovasiya Mərkəzi"nin bölgələrdə də açılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən laureatların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimində çıxışı zaman qurumun İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov deyib.
O əlavə olaraq bildirib ki, Sumqayıtda "Sumgayit Innovation HUB" açılışı nəzərdə tutulub.
A.Əhmədov qeyd edib ki, Azərbaycandakı texnoparkların 111 rezidenti var:
"Texnoparklarda innovativ layihələrə imtiyazlar təqdim edilir. İnfrastruktur əlçatanlığı çərçivəsində gördüyümüz işlərdən biri bu il açılan "Azərbaycan İnnovasiya Mərkəzi"dir. Burada bu günə qədər 33 tədbir keçirilib və 1.5 mindən çox şəxs bu tədbirlərdə iştirak edib".
Aygün Mirakif
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" teqi üzrə xəbərlər
- Azərbaycan və Türkiyə rəqəmsal sənəd dövriyyəsinə keçəcək
- Rəşad Xalıqov: "Digital Bridge" sisteminə 150-dən çox informasiya sistemi inteqrasiya edilib"
- Azərbaycanda Rəqəmsal Məcəllə artıq formalaşdırılıb
- Şahin Əliyev: "4 300-dən çox vətəndaşımızı təqaüd imkanları ilə təmin etmişik"
- İnarə Vəliyeva: "Sənədlər rəqəmsallaşır və artıq kağız sənədləri daşımağa ehtiyac yoxdur"