Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ülviyyə Hüseynova: "Xaricdə təhsil almaq istəyən tələbələrə erkən yaşlardan dəstək olmaq önəmlidir"
Bu gün "UniDestin" Təhsil Mərkəzinə ibtidai və orta təhsil alan şagirdlər və onların valideynləri dəvət olunublar.
Oxu.Az xəbər verir ki, "UniDestin" Təhsil Mərkəzinin meneceri Ülviyyə Hüseynova "Report"a açıqlamasında bildirib ki, bu dəvətin təşkilində əsas məqsəd tələbələri uşaq yaşdan tanımaq, potensialına bələd olmaq, birgə böyüməkdir.
"Xaricdə təhsil almaq istəyən tələbələrə erkən yaşlarından dəstək olmaq önəmlidir. Bu səbəbdən mərkəzdə azyaşlılar üçün dil və texniki fənlər üzrə kurslar fəaliyyət göstərir. Birinci sinifdən on birinci sinfədək şagirdlər müraciət edə bilərlər. Bununla yanaşı fizika, kimya biologiya fənlərinin ingilis dilində tədrisinə də başlamağı planlayırıq", - Ü.Hüseynova bildirib.
Onun sözlərinə görə, alman, çin, fransız dili müəllimləri də təhsil mərkəzinə cəlb ediləcək və yaxın zamanda bu dillərin tədrisinə başlanılacaq:
"Biz keyfiyyətli təhsil verməyin tərəfdarıyıq. Elə buna görə də xaricdə təhsil almış müəllimləri cəlb etmişik. Bilirik ki, ibtidai sinifdən bizimlə işləyən uşaqlar gələcəkdə ixtisas və ölkə seçimində daha düzgün qərar vermə potensialına malik olacaqlar. Bununla yanaşı biz də onları özümüz yetişdirdiyimiz üçün daha rahat yol göstərib, seçdiyi universitet və ölkə mövzusunda düzgün "xəritəni" tərtib edə bilirik. Beləliklə də həmin tələbələrin yaxşı nəticələr əldə etmək şansı daha da yüksək olur".
Qeyd edək ki, "UniDestin" xaricdə təhsillə yanaşı, tələbələrin "SAT", "TOEFL", "IELTS" imtahanlarından uğurla keçməsini və müvafiq sertifikatların təqdim olunmasını da öhdəsinə götürüb. Şirkət dünyanın müxtəlif ölkələrində bakalavr, magistratura və doktorantura səviyyələri üzrə qəbul proseslərini həyata keçirir.

"Xaricdə təhsil" teqi üzrə xəbərlər
- 13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı
- "UniDestin" ilə yeni dil, yeni imkanlar: Şagirdlərlə görüş keçirildi
- "UniDestin" Tədris Mərkəzinin meneceri: "Bizim işimiz tələbəni xaricə göndərməklə bitmir"
- Azərbaycanda bütün karyeranı əhatə edən xidmət modeli - "UniDestin" Tədris Mərkəzinin açılışı olub
- Fəaliyyətinə icazə verilən 42 plastik cərrah Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində işləyəcək