Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva vəzifəsindən azad edilib.
Bu barədə Oxu.Az-a şəxsi mənbələrdən məlumat daxil olub.
Məlumatı təsdiqləmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq.
İ.İbrahimova məlumatı təsdiqləyərək bildirib ki, Umayra Tağıyeva yanvarın 16-da öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Onun hansı səbəbdən işdən çıxması məlum deyil. Hazırda direktorun səlahiyyətlərini Büronun baş hidroloqu Asif Verdiyev icra edir.
Qeyd edək ki, Umayra Tağıyeva 2009-cu ildən həmin vəzifəni tutub. O, ixtisasca riyaziyyat-fizikaçıdır.
E.Ə.
www.oxu.az