Saatlı rayonunda yaşıllıq ərazidə yulğunların qəsdən məhv edildiyi iddia olunub.
Bu barədə Oxu.Az-a müraciət edən Minbaşı kəndi sakini bildirib ki, yaşıllıq sahəyə göbələk yığmaq üçün getdikdə yulğunların qurudulduğunu görüb.
O iddia edib ki, yulğunların hamısı kəsilib və dibinə benzin tökülərək qurudulub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, sözügedən məsələ hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır:

"Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək".
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsində prosessual araşdırmalar aparılır:
"Polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə əraziyə baxış keçirilib. Araşdırmaların nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək".